Paşinyanın oğlunu QAÇIRMAĞA CƏHD ETDİLƏRbackend

Paşinyanın oğlunu QAÇIRMAĞA CƏHD ETDİLƏR

Bu gün saat 15:00 radələrində Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı evlərinin yaxınlığında qaçırmağa cəhd ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti yazır.

“Oğulların çağırışı” təşəbbüsünün Baş nazirin oğlunun qaçırması cəhdinə dair sübutlar var.

Qəzet bildirir ki, onlar Baş nazirin oğlunu evdən oğurlamağa cəhd ediblər.

Ölən erməni hərbçilərin valideynləri tərəfindən yaradılan və hökumətin istefası kampaniyasına başlayan “Oğulların çağırışı” təşəbbüsünün üzvləri guya Aşot Paşinyanı maşına zorla mindirsələr də, o, qaça bilib.

Nəticədə o, təşəbbüs iştirakçılarına məxsus başqa bir avtomobilin təkərləri altına düşüb. Aşot Paşinyan ayağından xəsarət alıb və təşkilat üzvləri qaçıblar.

Qəzet yazır ki, zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*