Paşinyanın qızının parlamentə gəlişi NARAZILIQLA QARŞILANDI – VİDEObackend

Paşinyanın qızının parlamentə gəlişi NARAZILIQLA QARŞILANDI - VİDEO

“Baş nazir bütün ailə üzvlərini yavaş-yavaş hakimiyyətə gətirir”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası yazı dərc edib. Bildirilir ki, bu gün Ermənistan parlamentində “Könüllü əmək haqqında” qanun layihələri ilə bağlı parlament dinləmələri keçirilib.

Dinləmələrdə tələbələr də iştirak edib. Onların arasında Nikol Paşinyanın ortancıl qızı, Mxitar Sebastatsi təhsil kompleksinin tələbəsi Şuşan Paşinyan da olub. O, parlamentdə sual səsləndirib.

Paşinyanın qızının parlamentdə olması birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri və erməni cəmiyyəti Paşinyanı qohumbazlıqda, ailə üzvlərini hökumətə cəlb etməkdə ittiham ediblər.

Onların bəziləri “Bir bu qalmışdı, baş nazir itini, pişiyini də hakimiyyətə gətirəcək”, deyə tənqid ediblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*