“Paşinyanla görüş Ərdoğan üçün simvolik məna daşıyır” – “Sabah” qəzetibackend

"Paşinyanla görüş Ərdoğan üçün simvolik məna daşıyır" - "Sabah" qəzeti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfəri çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

KONKRET.az xəbər verir ki, “Sabah” qəzeti sözügedəb görüşün əhəmiyyəti barədə məqalə dərc edib.

Qeyd olunub ki, görüş Ərdoğan üçün simvolik məna daşıyır:

“Ərdoğanın Paşinyanla görüşündən bəhs etsək, o zaman burada bir sıra müşahidələr aparılamlıdır. Əvvala, bu təmas Ərdoğan üçün simvolik məna daşıyır. Düzdür, görüşdən sonra sərhədlərin açılacağını demək olmaz. Bununla belə, bu, İrəvan-Ankara-Bakı uçbucağında hazırda bəzi məsələləri müzakirə etməyə imkan yarada bilər. İrəvan üçün bu görüş sırf media-təbliğat və ya siyasi-dividend mənasında önəmlidir. Paşinyan daxili auditoriyaya təsir baxımından Ərdoğanla görüşü qabarda bilər. Görüşün ABŞ-də baş tutması Amerika Administrasiyası üçün önəmlidir. Ərdoğan nə qədər müstəqil siyasi xətt irəli sürməyə çalışsa da, müəyyən şəkildə, xüsusən də Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması ilə bağlı indiki proseslərə daxil olarkən Bayden Administrasiyasının istəyini yerinə yetirir”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*