Paşinyanla Qarabağda görüşdüm və dedim ki… – Ohanyanbackend

Paşinyanla Qarabağda görüşdüm və dedim ki... - Ohanyan

2020-ci ilin oktyabrın 7-də Nikol Paşinyanla Araik Arutyunyanın kabinetində görüşdüm.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

“Biz səfərbərlik məsələlərindən danışdıq. Masanın üstündə əsas hadisələrin planını, o cümlədən dövlətin hərbi vəziyyətə keçidini hazırlamışdım. 11-ci bənddə ordu sıralarının uzun müddətə təchizatı, sanitar itkilərin bərpası və yeni yaradılan hərbi hissələrin təchizatını təmin etmək nəzərdə tutulurdu. Əlavə olaraq, bir və üç aylıq xüsusi toplanışlar təklif olunurdu. Hər dəfə Arutyunyanın kabinetinə daxil olanda bu bəndi fərqli qələmlərlə işarələyirdim və deyirdim ki, bu sizin çörəyinizdir”, – Ohanyan bildirib. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*