Pavel Durova ABŞ-a getmək qadağan edildibackend

Pavel Durova ABŞ-a getmək qadağan edildi

Fransa hökuməti Telegram messencerinin təsisçisi Pavel Durova ABŞ-a səfər etməyə icazə verməyib. Bu barədə Politico nəşri Paris Prokurorluğuna istinadən məlumat yayıb.

KONKRET.az xəbər verir ki, Paris Prokurorluğu 12 may tarixində Durovun ABŞ-a “investisiya fondları ilə danışıqlar aparmaq” məqsədilə səfər etmək üçün etdiyi müraciəti rədd edib. Prokurorluğun qərarına əsasən, bu səfər “təxirəsalınmaz və ya əsaslandırılmış” hesab edilməyib.

Hazırda Pavel Durova Fransanı tərk etmək qadağandır və o, ölkədən yalnız rəsmi icazə ilə çıxa bilər. Prokurorluq bildirib ki, Durov bu cür icazəni daha əvvəl, 15 martdan 7 aprelədək Dubaya səfəri üçün əldə etmişdi.

Qeyd edək ki, Fransa hakimiyyət orqanlarının bu qərarı Durovun hüquqi statusu ilə bağlı hansısa istintaqın mövcudluğuna işarə edə bilər, lakin məsələ ilə bağlı rəsmi təfərrüatlar hələlik açıqlanmayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*