Avqustun 24-də Azərbaycandan Fransaya gedən “Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov həbs edilib.
Maraqlıdır, Pavel Durovun həbsi ölkəmizdə də kifayət qədər populyar olan “Telegram” sosial şəbəkəsinin təhlükəsizlik strategiyasına hansısa təhdid yaradırmı?
KONKRET.az-ın xəbərinə görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzunu şərh edib:
“Telegram”-ın digər sosial resurslara nisbətən daha təhlükəsiz olması görüntüsü olsa da, gizlilik, şəffaflıq və hesabatlılıqla bağlı onda da yetərincə problemlər vardı. Bu sosial resursdan əvvəlki qaydada şəxsi istifadə və Azərbaycanın maraqları üçün faydalanmaq doğru olardı. Sadəcə, fərqində olmaq lazımdır ki, “Telegram” da təhlükəsiz deyil. Xüsusilə də bundan sonra…”.
Aygün Mirakif,
KONKRET.az