Bakı şəhər sakini R.Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobildə sərnişinləri N.İsmayılova və xalası, əvvəllər məhkum olunmuş K.Hüseynova ilə birgə Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, axtarış zamanı N.İsmayılovadan heroin, metamfetamin, avtomobilə baxış zamanı isə 2 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.