Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi İsrailin İrana qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə tənqid edib.
KONRKET.az xəbər verir ki, Çin XİN-in yaydığı bəyanatda vurğulanıb ki, “İsrailin İrana hücumu beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən prinsipləri pozur.”
Rəsmi Pekin tərəfləri təmkinli olmağa və regionda vəziyyətin daha da gərginləşməsinə yol verməməyə çağırıb.
Natiq Səlim,
KONKRET.az