Dünyanın ilk İnsanabənzər Robot Olimpiadası Çinin paytaxtı Pekində start götürüb. Açılış mərasimində robotlar marafon, futbol və rəqs nümunələri ilə tamaşaçılara maraqlı anlar yaşadıblar.
KONKRET.az xəbər verir ki, olimpiadanın başlanğıc yarışı marafon olub. Dörd robot qaçışçı qızğın rəqabət aparıb və finiş xəttini ilk keçən 3 nömrəli iştirakçı qalib elan edilib. Daha sonra futbol meydançasında robotlar üz-üzə gəlib. Matç zamanı yıxılan robotların öz-özünə ayağa qalxması tamaşaçıların marağına səbəb olub. Qapı qarşısında baş verən gərgin anlar kameralar tərəfindən qeydə alınıb.
Tədbir çərçivəsində, Çin tarixində mühüm yer tutan məşhur gil əsgərlər formasında dizayn edilmiş robotlar da nümayiş etdirilib.
Aynurə İsmayıl
KONKRET.az