Əfsanəvi braziliyalı futbolçu Pele xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb. Onun son aylar aldığı kimyəvi terapiyanın nəticəsiz qaldığı bildirilir.
81 yaşlı Pelenin Braziliyanın San-Paulu şəhərindəki xəstəxanalardan birinə yerləşdirildiyi qeyd olunub.