Pənah Hüseyn Naxçıvandakı həbslərdən DANIŞDI: “Proses öz məntiqi sonluğuna çatdırılmalıdır”backend

Pənah Hüseyn Naxçıvandakı həbslərdən DANIŞDI: “Proses öz məntiqi sonluğuna çatdırılmalıdır”

Son günlər Naxçıvanda baş verən proseslər Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovu gündəmə gətirib. Bu məsələ ətrafında cəmiyyətin müxtəlif təbəqələrində fikir ayrılıqları mövcuddur. Belə ki, bir çoxları güc strukturları tərəfindən həyata keçirilən əməliyyatların məntiqi sonluğu olaraq Vasif Talıbovun vəzifəsindən gedəcəyi haqda fikirlər səsləndirirlər. Lakin bunun əksini söyləyənlərin sayı da kifayət qədərdir.  

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn baş verən proseslərə Vasif Talıbovun məsələsi kimi baxmadığını deyib: “Naxçıvanda həyata keçirilən idarəçilik islahatı çoxdan yetişmiş bir məsələdir. Oradakı qüsurlu idarəçilik ciddi korrupsiya faktları ilə daha da ağır forma alıb. Ona görə də, Naxçıvanda istər təfərrüat xarakterli məsələlərin həlli, istərsə də mahiyyətcə görülən tədbirlər və aparılacaq islahatlar məqsədəuyğundur. Söhbət Naxçıvanın idarəçiliyinin Aazərbaycan Konstitusiyasına uyğunlaşdırılmasından və Muxtar Respublikanın unitar dövlət prinsipi əsasında formalaşdırılmasından, eləcə də bu istiqamətdəki pozuntu hallarının aradan qaldırılmasından gedir. Sözügedən tədbirlər Azərbaycanın bundan sonrakı dövlətçilik inkişafının və milli təhlükəsizlik maraqlarının zəruri şərtidir. Bu proseslər davam etdirilməli və öz məntiqi sonluğuna çatdırılmalıdır. Konkret şəxslər barədə isə danışmaq istəmirəm. Çünki bu, artıq təfərrüat məsələləridir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*