Gələn il pensiyaların nə qədər artırılacağı bu il orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyən ediləcək.
KONKRET.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə açıqlamasında bildirib ki, pensiyaların artımı cari ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun növbəti ildə həyata keçirilir.
“Belə ki, pensiyalar indeksasiya olunur və onun sığorta hissəsi artırılır. Misal üçün, 2022-ci ildə respublika üzrə orta aylıq əməkhaqqı 15 faiz artmışdı, ona görə də 2023-cü ildə pensiyaların məbləği 15 faiz artırıldı, yəni sığorta hissəsi indeksasiya olundu.
2023-cü ildə isə orta aylıq əməkhaqqı 11 faiz artmışdı və ona görə də 2024-cü ildə pensiyalar indeksasiya olunaraq, 11 faiz artırıldı. Bu il ərzində isə orta aylıq əməkhaqqının nə qədər artacağı proqnozlaşdırılmayıb. Yəqin ki, ilin birinci yarısının yekunlarından sonra bəlli olacaq. Ona da uyğun gələn il pensiyalar indeksasiya edilərək artırılacaq”, – deyə M.Quliyev vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin 5 noyabr tarixində Milli Məclis tərəfindən “Əmək pensiyaları haqqında” qanuna üçüncü oxunuşda qəbul edilən dəyişikliklərə əsasən, pensiyaların indeksləşdirilərək artırılmasında bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edilib. Belə ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində indeksləşdirilərək artırılır.
Peyseller elillik penisyasin qaldrmadi
Müavinətlər artacaqmı
Sosiyal
Əlilliyi olan şəxslərin pensiyaları niye artırılmadı?
3 əlilli vəsiqə nitq qüsurlu görə pensiya niyə qalxmirlar məzələnirsən
Muavinatdar niye artmadi niye yuxardan ses soraq eden yoxdu
Muavinatdar niye qalxmadi yuxaridan ses soraq eden yoxdumu korruqa qoyublar ozlerini
Burda nağıl da qurtardı…
Qaldı gələn ilə ardı…
İnsanlarda ümid vardı…
Ged ay batandan sonra gəl…
Xiyar satandan sonra gəl…