Pensiya ilə bağlı vacib detal – Gizli rəqəmlər üzə çıxdıbackend

Pensiya ilə bağlı vacib detal – Gizli rəqəmlər üzə çıxdı

Xəbər verdiyimiz kimi, iyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olub. Ekspertlər hesab edir ki, bu, sözügedən şəxslərin əmək bazarında uzun müddət qalmasına və əməkhaqqı əsasında yüksək pensiya almasına şərait yaradır. Eyni zamanda, dəyişiklik dövlət büdcəsinin pensiya ödənişlərində qənaət etməsinə imkan verir.

Qadınların pensiya yaşının artırılması ilə dövlət nə qədər qənaət etmiş olacaq?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, artıq daha az insan qısa müddətdə pensiya alacaq:

“Çünki onlar daha gec təqaüdə çıxacaqlar. Bununla, dövlət həmin insanlara pensiya ödəmək öhdəliyini bir müddət gecikdirir. Həmçinin insanlar işlədikləri zamanda sosial sığorta haqları ödəyirlər və bu, büdcəyə əlavə vəsait qazandırır.

Nəzərə alsaq ki, qadın pensiyaçıların sayı təxminən 300 mindir və orta aylıq pensiya 400 manatdır, uzadılan müddət 6 ay müddətinə görə dövlətin qənaəti 720 milyon manat olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*