Pensiyaçıdan deputata QƏRİBƏ ETİRAZ – Köynəyini cırdıbackend

Pensiyaçıdan deputata QƏRİBƏ ETİRAZ - Köynəyini cırdı

Avstriyada təqaüdçü büdcə layihəsi ilə bağlı parlamentdə keçirilən dinləmələrə qeyri-adi etirazını bildirib.

KONKRET.az xəbər verir ki, pensiyaçı dinləmələrin qızğın çağında əyindəki köynəyi nümayişkaranə şəkildə cırıb.

“Son köynəyimi də çıxardın! Minimum pensiya alan kimi supermarketdə aldığım elə bu idi”, – deyə təqaüdçü hakim Avstriya Xalq Partiyasından olan deputat Avqust Veqinqerin hesabatını kəsərək qışqırıb.

Həmin şəxs parlament mühafizəsinin müşayiəti ilə çıxarılıb, daha sonra dinləmə davam edib. Bir müddət sonra bildirilib ki, hadisə onun fəalları tərəfindən ölkədəki mövcud iqtisadi vəziyyətə diqqət çəkmək üçün təşkil edilib.

Təqaüdçü özü aksiya zamanı alqışlarla qarşılandığını qeyd edib və yenidən parlamentə qayıdacağına söz verib.

Qeyd edək ki, bir müddət əvvəl Avstriya prezidenti Aleksandr Van der Bellen Moldova prezidenti Maya Sandunun iti ilə qalmaqala düşüb. Avstriya lideri Codruc adlı iti sığallamaq istəyəndə it onu dişləyib. İnsident iki liderin Kişinyovda görüşündən sonra baş verib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*