Pensiyalarla bağlı ƏHALİYƏ MÜJDƏbackend

Pensiyalarla bağlı ƏHALİYƏ MÜJDƏ

Azərbaycanda pensiya kapitalından şəxsin özünün istifadə edə bilməsi və ya onun bütöv əldə edilməsi ilə bağlı mütəmadi müzakirələr aparılır. Pensiya kapitalı insanların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Hazırda minimum pensiya kapitalına dair tələb 46 min 80 manatdır.

Mövcud qanunvericiliyə görə, insanlar pensiya kapitalını tam götürə bilməzlər. Bildiyimiz kimi, ölkədə pensiya yaşı 65-dir. Bir çox insan pensiya yaşına çatmadan müxtəlif səbəbdən vəfat edir.

Beynəlxalq təcrübədə şəxslərin pensiya kapitalının bir hissəsindən sağ ikən istifadəsinə imkan yaradılıb.

Bütün bunları nəzərə alaraq pensiya kapitalından sağ ikən istifadə olunmasına dair qanunvericilikdə hansısa dəyişikliyin təklif olunması da nəzərdən keçirilə bilər.

Bununla bağlı ən optimal qərar nə ola bilər?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, pensiya kapitalı ilə bağlı qanunvericiliyə dəyişiklik lazımdır:

“Bunun başqa yolu yoxdur. Qanunvericilikdə dəyişiklik olmalıdır və pensiya kapitalından birbaşa istifadə hüququ yaradılmalıdır. Bunun üçün iki yanaşma ola bilər. Birinci, vətəndaşın özünün seçimi ilə bağlı fərdi müqavilələr ola bilər, ikincisi isə sosial müdafiə fonduna minimum yığım hissəsini toplayan insanların bundan artığına giriş imkanı ola bilər. Müxtəlif versiyalar mövcuddur. Qanunvericiilikdə dəyişiklik edərkən bunlar nəzərə alınmalıdır”.

  • pensioner
    May 15, 2025 - 11:33

    3-5 gündən bir belə nisyə müjdə və “xoş” xəbərləri verməklə camatı niyə qıcıqlandırırsınız?

  • Prisioner
    May 15, 2025 - 17:54

    Çox düz hörmətli pensioner

  • Qurbanov Sənan
    May 15, 2025 - 21:55

    Mətbuatda tez tez məlumat verilir ki, pensiya kapitalından birdəfəlik istifadə etmək olar. Haçan Milli Məclisin gündəliyində bu məsələ daxil olsa onda bu şad xəbər olacaq.

  • Shahla
    May 15, 2025 - 23:09

    1993-cü ildən işləyirəm,amma pensoya kapitalım hələ 19,400 manatdır.Özümün 53 yaşı var.46min 80 manatı mən indidən sonra neçə il işləsəm yığaram?

  • Elmar
    May 16, 2025 - 06:30

    Bu məsələ ilə 2023-cü ildə müzakirə olmuşdu və indiyə gədər heç bir gərar verilməyib.2 ildi ki,əmək haqqlarına baxılır, yagin əmək haqqı o qədər mizerdi ki görüb tapa bilmillər.Hər gün bir cərimə fikirləşillər

  • Xaləddin
    May 16, 2025 - 21:30

    Pensiyanın verilmə vaxtın ayın 15-dən 20-28 -ə dəyişmək düzgün deyil . Bu gün hər bir pensiya alanın krediti var və bunu pensiya vaxtına uyğun götürüblər.
    Bank kreditin vaxtın dəyişmir. Kreditlərin üstünə faiz gəlir.
    Çox çətinlik yaranıb.
    Olmaz ki, Əmək pensiyaların Bakı, Sumqayıt və Abşeronunkı ilə veriblər,

  • Eli
    May 17, 2025 - 08:37

    Dovlete serf elemeyen bir qanundur ona gore quveye minecek deyib camati umutlendirme

  • Владислав
    May 17, 2025 - 12:24

    Это бы бы для населения Азербайджана очень хорошей новостью, так как использования накопленного капитала можно будет использовать на дорогостоящие операции, погашение кредита или долга , и тд… например- официальный стаж работы гражданина составляет 15 лет и у него накопилось 68 000 манат на счету пенсионого фонда, он мог бы использовать ( до минимальной 43000) 10 000 манат на погашение по кредиту или другой нужды.. можно разработать механизм по выдачам такой компенсации, не нужно быть шибко грамматным, я могу составить и разработать такой механизм не будучи ученым)))

Xaləddin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*