İrana edilən dron hücumunda ABŞ ordusu iştirak etməyib.
KONKRET.az xəbər verir ki, bunu “Reuters” agentliyinə Pentaqonun sözçüsü Patrik Rayder deyib.
O, bu barədə əlavə şərh verməkdən imtina edib.
Qeyd edək ki, “Al–Arabiyya” telekanalı daha əvvəl hücumun arxasında ABŞ və başqa bir ölkənin olduğunu bildirib.
Hələlik baş verən insidentə görə heç kim məsuliyyəti üzərinə götürməyib.
İranın Müdafiə Nazirliyi bildirib ki, yanvarın 28-də İsfahan şəhəri pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
İqbal Rzayev,
KONKRET.az