Pentaqon İsrailə hərbi müşavirlər göndərdibackend

Pentaqon İsrailə hərbi müşavirlər göndərdi

Pentaqon müharibənin planlaşdırılmasına kömək etmək üçün İsrailə hərbi müşavirlərini göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Məlumata görə, zabitlərdən biri Dəniz Piyadaları Korpusunun general-leytenantı Ceyms Qlindir. O, əvvəllər İslam dövlətinə qarşı xüsusi əməliyyat qüvvələrinə rəhbərlik etməyə kömək edib və Fəllucədə xidmət göstərib. Qlin həmçinin şəhər döyüşlərində mülki itkilərin azaldılması ilə bağlı məsləhətlər verəcək.

Qeyd edək ki, İsrail Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı hazırlayır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*