Pentaqon Meksika ilə sərhəddə daha iki hərbi bufer zonası yaradacaq.
KONKRET.az xəbər verir ki, bu barədə ABC telekanalı mənbəyə istinadla məlumat yayıb.
“ABŞ Müdafiə Nazirliyi Meksika ilə ABŞ-ın cənub-qərb sərhədində daha iki hərbi bufer zonası yaradır. Bufer zonalarında işləyən hərbi qulluqçular hüquq-mühafizə funksiyalarını yerinə yetirmirlər, lakin qanun pozucularını ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşlarına təhvil verilənə qədər müvəqqəti olaraq saxlaya bilərlər”, – məlumatda qeyd olunub.
Bildirilib ki, bununla da ABŞ-ın Meksika sərhədində bufer zonalarının sayı 4-ə çatdırılacaq.