Pentaqonun kağız üzərində qurduğu planları Ukrayna reallığa çevirir – ŞOK DETALLARbackend

Pentaqonun kağız üzərində qurduğu planları Ukrayna reallığa çevirir - ŞOK DETALLAR

Amerikanın nüfuzlu Axios nəşri qeyd edir ki, Ukraynanın ucuz dronlardan ustalıqla və yaradıcı şəkildə istifadəsi təkcə bu müharibənin deyil, gələcək bütün müharibələrin gedişatına ciddi təsir edəcək.

KONKRET.az-ın məlumatına görə, məqalədə bildirilir ki, ABŞ hərbi strategiyaları bir müddətdir bu cür asimmetrik müharibə modellərini nəzəri olaraq işləyib hazırlayırdı. Lakin Ukrayna bu yanaşmanı artıq real vaxtda döyüş meydanında tətbiq edir və müasir müharibənin necə aparıldığını canlı şəkildə nümayiş etdirir.

Digər tərəfdən, Donald Trampın administrasiyası Ukraynadakı müharibəyə diqqətin azalması fonunda öz strateji prioritetlərini dəyişmək niyyətindədir. ABŞ-ın diqqəti getdikcə Sakit okean regionuna, xüsusilə də Tayvanla bağlı gərginliyə yönəlir. Tanınmış siyasi şərhçi Pit Hegset ötən həftə sonu Çin tərəfindən Tayvana qarşı mümkün hücumun “qaçılmaz” ola biləcəyi barədə xəbərdarlıq edib.

Buna baxmayaraq, Ukraynanın innovativ hərbi yanaşması Qərb dünyası üçün vacib dərslər təqdim etməkdə davam edir və müasir, qeyri-simmetrik münaqişələrin necə aparılmalı olduğuna dair dəyərli kəşfiyyat məlumatları verir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*