“Real Madrid”in yeni baş məşqçisi olacağı deyilən Xabi Alonso Arda Gülerlə bağlı prezident Florentino Pereslə görüşüb.
KONKRET.az xəbər verir ki, tərəflər Ardanın klubdakı karyerasını müzakirə ediblər. “Defensa Central”da dərc edilən xəbərə görə, Alonso Arda Güler haqqında fikirlərini Peresə çatdırıb. O, Ardanın sırf yarımmüdafiəçi kimi oynadacağını, Modriçin vəzifəsini ona həvalə edəcəyini ifadə edib. Xəbərdə deyilir ki, Karlo Ançelotti Ardanın istedadından istifadə edə bilməyib. Alonso Ardaya etimad edəcəyini irəli sürüb.
Xəbərdə bildirilir ki, Ardada böyük potensial var və o, dünyanın ən yaxşı futbolçularından biri kimi tanına bilər.