Peskov Medvedçukla bağlı məsələyə şərh verməkdən imtina etdibackend

Peskov Medvedçukla bağlı məsələyə şərh verməkdən imtina etdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Viktor Medvedçukun Rusiyaya göndərilməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Peskov hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı məlumatları şərh etməyəcəyini, çünki belə bir səlahiyyətinin olmadığını vurğulayıb.

Xatırladaq ki, bu ilin may ayında Kreml nümayəndəsi Medvedçukun “Azov” hərbçiləri ilə dəyişdirilməsi ilə bağlı məsələnin mümkünsüz olduğunu bildirib.

Qeyd edək ki, əsirlərin dəyişdirilməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın danışıqları sayəsində həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*