“Rusiya ilə NATO arasında münasibətlər birbaşa qarşıdurma səviyyəsinə düşüb”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov vurğulayıb ki, Şimali Atlantika Alyansı hərbi infrastrukturunu genişləndirərək Rusiya sərhədlərinə doğru irəliləməyə davam edir.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko RT telekanalına müsahibəsində bildirmişdi ki, NATO Amerika hegemonluğunun əsas alətidir.
Ariz Həsənoğlu,
KONKRET.az