Peskov: “Putinin hələ Ərdoğana zəng etmək fikri yoxdur”backend

Peskov: "Putinin hələ Ərdoğana zəng etmək fikri yoxdur"

Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı hələ planlaşdırılmayıb, lakin yaxın vaxtlarda baş tuta bilər.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Yüksək əminliklə demək olar ki, yaxın gələcəkdə belə bir danışıq baş tutacaq”, – deyə o bildirib.

Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. Ərdoğan müxalif namizəd Kamal Kılıçdaroğlunu 4 faiz fərqlə məğlub edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*