Peskov Putinin səhhəti ilə bağlı açıqlama yaydıbackend

Peskov Putinin səhhəti ilə bağlı açıqlama yaydı

Rusiya Prezidenti Vladimir Putin illik sağlamlıq müayinəsini lazımi yerdə keçirib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov RİA Novosti-yə açıqlamasında bildirib.

Jurnalistlərin “müayinə konkret olaraq harada aparılıb?” sualına cavab verən Peskov əlavə detallara girmədən yalnız bunun Prezident üçün nəzərdə tutulan xüsusi tibbi prosedur olduğunu vurğulayıb.

Bu açıqlama Putinin noyabrın 19-da illik tibbi müayinənin nəticələri barədə verdiyi məlumatdan sonra gündəmə gəlib.

Prezident “Süni intellekt dünyasına səyahət” konfransında çıxışı zamanı müayinənin iki günə yaxın davam etdiyini, hətta həmin müddətdə tibb müəssisəsində gecələdiyini demişdi.

Putin daha əvvəl də sağlamlıq yoxlamalarının mütəmadi aparıldığını bildirmişdi. Onun sözlərinə görə, hər il planlı tibbi baxışdan keçir və bu, dövlət başçısının vəzifəsinin tələb etdiyi standart prosedurların bir hissəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*