“Rusiya Müdafiə Nazirliyində aparılan son həbslər korrupsiyaya qarşı ardıcıl mübarizədir”.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Korrupsiyaya qarşı mübarizə kampaniya deyil, ardıcıl işdir. Detallar barədə heç nə deyə bilmərəm. Təbii ki, burada hər hansı təşviqatdan söhbət gedə bilməz”, – deyə Dmitri Peskov əlavə edib.
Bu gün məlum olub ki, Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini Vadim Şamarin xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək iki ay müddətinə həbs edilib. Aprelin 24-də müdafiə nazirinin müavini Timur İvanov, mayın 14-də Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi Yuri Kuznetsov, mayın 17-də Cənub Hərbi Dairəsinin 58-ci Ordusunun keçmiş komandiri İvan Popov həbs ediliblər.
Xatirə SADİQ,
KONKRET.az