Peskov “Telegram”da yazışmaları silməyi “tam axmaqlıq” adlandırdıbackend

Peskov "Telegram"da yazışmaları silməyi “tam axmaqlıq” adlandırdı

Məmurlar nəzəri olaraq messencerlərdən, o cümlədən” Telegram”dan rəsmi məqsədlər üçün istifadə etməməlidirlər. Ona görə də yazışmaları silməyə ehtiyac yoxdur.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, yazışmaları silmək “tam axmaqlıq”dır.

Sözçü Telegram da daxil olmaqla heç bir messencerin təhlükəsiz olmadığını bildirib. Xatırladaq ki, Rusiyada yaşayan erməni jurnalist Marqarita Simonyan “Telegram”da yazışmaları silməyə çağırıb və qeyd edib ki, Rusiya rəsmiləri belə bir əmr alıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*