“ABŞ hakimiyyətinin İsrailin baş naziri Benyamin Netanyahunun həbsini tələb etmək qərarına görə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı mümkün sanksiyalarla bağlı mövqeyi həddən artıq maraqlıdır”.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, nəzərə çatdırıb ki, Moskva Vaşinqtonun mövqeyini dəstəkləmir, lakin vəziyyəti diqqətlə izləyir: “Bilirsiniz ki, biz müvafiq statutun iştirakçıları deyilik, buna görə də bu məhkəmənin yurisdiksiyasını tanımırıq. Ümumiyyətlə, vəziyyət Amerika Birləşmiş Ştatlarının münasibəti, hətta bu BCM ilə bağlı sanksiyalar metodlarından istifadə etməyə hazır olması baxımından maraqlıdır. Olduqca maraqlıdır”.
Xatirə SADİQ,
KONKRET.az