“Norveçin rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoymaq qərarı ayrı-seçkilik xarakteri daşıyır”.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Mətbuat katibi əlavə edib ki, Norveç hakimiyyətinin “onsuz da parıldamayan” ikitərəfli münasibətləri pisləşdirmək yolunu seçməsindən Moskva təəssüflənir.
Onun sözlərinə görə, Rusiya tərəfi belə tədbirləri cavabsız qoymayacaq.
Xatirə SADİQ,
KONKRET.az