Peyvənd olunmayan bu şəxslərin pensiyası kəsiləcək? – Açıqlamabackend

Peyvənd olunmayan bu şəxslərin pensiyası kəsiləcək? - Açıqlama

İqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov sosial şəbəkələrdə COVİD-19 virusunun qarşısının alınması məqsədi ilə peyvənd olunmayan 65+ yaşlı insanların pensiyalarının kəsilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, ekspert Qaynarinfo.az-a açıqlamasında hər bir vətəndaşın pensiya hüququnun olduğunu deyib:

“Bu onun qazandığı bir hüquqdur. Pensiya qanunvericiliyi var və həmin qanunvericilikdə belə bir məsələ yoxdur. Peyvənd könllüdür. Hətta gələcəkdə peyvənd məcburi olsa belə, heç bir halda bunun pensiya məsələsinə aidiyyatı yoxdur. Bu panikadır, belə məlumatlara inanmaq lazım deyil, aranı qatırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*