Pezeşkian bombalanmış İran dövlət televiziyasının binasına GƏLDİ – VİDEObackend

Pezeşkian bombalanmış İran dövlət televiziyasının binasına GƏLDİ - VİDEO

İranın prezidenti Məsud Pezeşkian son günlərdə İsrailin hava hücumuna məruz qalmış İran dövlət televiziyasının binasına baş çəkib.

KONKRET.az xəbər verir ki, prezident hadisə yerində bina və ətraf ərazilərdəki dağıntıları şəxsən yoxlayaraq vəziyyətlə yerində tanış olub. Ziyarət zamanı o, dövlət televiziyasının əməkdaşları ilə də görüşərək onlara dəstəyini ifadə edib.

Qeyd edək ki, İran dövlət televiziyasının binası bir neçə gün əvvəl İsrailin hava hücumu nəticəsində ciddi ziyan görmüşdü.

Hadisə nəticəsində ölən və yaralananlarla bağlı rəsmi açıqlama hələ verilməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*