İranın prezidenti Məsud Pezeşkian ölkədəki son hadisələr və xarici təzyiqlər fonunda xalqı birliyə çağırıb.
“Biz bu yolu birlikdə keçəcəyik. İranı birgə qoruyacaq və dünyaya göstərəcəyik ki, bu böyük xalq məğlubedilməzdir. Bizim birliyimiz – bizim qələbəmizdir”, – deyə Pezeşkian bəyan edib.
KONKRET.az xəbər verir ki, onun bu çıxışı ABŞ və İsrailin son hərbi zərbələri ilə bağlı cəmiyyətdə artan narahatlıq və siyasi gərginlik fonunda milli həmrəyliyə çağırış kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az