“Şimal qonşuları ilə kommunikasiya marşrutlarının tamamlanması hökumətin prioritetidir”.
KONKRET.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
“Hökumət Azərbaycan, Rusiya, Qazaxstan və Türkmənistanın köməyi ilə şimal qonşuları ilə dəmir yolu, quru və dəniz nəqliyyatı marşrutlarını tamamlamağa qərarlıdır”, – deyə Pezeşkian vurğulayıb.