Pezeşkiandan Xamenei üslubunda sərt bəyanat: “Hörmüz boğazı…”backend

Pezeşkiandan Xamenei üslubunda sərt bəyanat: "Hörmüz boğazı..."

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin xarici təhdidlərə qarşı geri addım atmayacağını bildirərək, Ali Rəhbər Ayətullah Əli Xameneinin ritorikasını xatırladan kəskin bəyanatla çıxış edib. Pezeşkian özünün “X” sosial şəbəkə hesabında qeyd edib ki, İranı dünya xəritəsindən silmək xülyası tarix yazan bir xalqın iradəsi qarşısında acizliyin və ümidsizliyin göstəricisidir. O, hədə-qorxu və terrorun İran xalqının birliyini daha da möhkəmləndirdiyini vurğulayıb.

KONKRET.az xəbər verir ki, İran Prezidenti strateji əhəmiyyətli Hörmüz boğazı ilə bağlı da xəbərdarlıq edib. “Hörmüz boğazı torpağımıza göz dikənlərdən başqa hamı üçün açıqdır. Biz döyüş meydanında hər cür çılğın təhdidlərə qətiyyətlə qarşı dururuq”, – deyə Pezeşkian bəyan edib. Bu açıqlama son vaxtlar bölgədə artan hərbi gərginlik fonunda rəsmi Tehranın hücum taktikasına keçid mesajının tərkib hissəsi kimi qiymətləndirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*