İran prezidentinin müşaviri Pezeşkiyan “Press-TV” kanalına açıqlama verib.
“Sanksiya tətbiq etmək istəyirlər? Biz onsuz da daim sanksiyalar altındayıq. Sülh məqsədli nüvə proqramımızdan heç vaxt imtina etməyəcəyik. Onlar nə etsələr də, biz təslim olmayacağıq.” , – deyə İran prezidenti bildirib.
KONKRET.az xəbər verir ki, İran NPT (Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması) müqaviləsinin tərəfdaşıdır və nüvə texnologiyalarından yalnız dinc məqsədlərlə – sənaye, kənd təsərrüfatı və tibb sahələrində – istifadə etmək hüququna malikdir. Dini etiqadlarının isə nüvə silahı istehsalını yolverilməz saydığını vurğulayıb.
Pezeşkiyan həmçinin qeyd edib ki, əgər İran Cənubi Körfəz üzərindən enerji tədarükünü dayandırsa, Qərb ölkələri ciddi enerji böhranı ilə üz-üzə qalar.
Natiq Səlim,
KONKRET.az