Pirotexniki vasitə satanlara qarşı daha bir əməliyyat…backend

Pirotexniki vasitə satanlara qarşı daha bir əməliyyat...

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində piroxtexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, həmin ṣəxslərdən aşkarlanan pirotexniki vasitələr götürülüb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*