Pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanıldı – FOTObackend

Pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanıldı - FOTO

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən bir nəfər müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

Yasamal RPİ-nin 26-cı PB-də araşdırmalar davam etdirilir.

PİRO.jpg (27 KB)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*