PKK terrorçuları iyulda silahı yerə qoya bilər backend

PKK terrorçuları iyulda silahı yerə qoya bilər 

“Rudaw” televiziya kanalının məlumatına görə, “Kürdüstan Fəhlə Partiyası”nın (PKK) üzvləri yaxın günlərdə silahlarını təhvil verə bilərlər.

KONKRET.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, iyulun 3-dən 10-na qədər İraqın Süleymaniyyə vilayətində 20-30 nəfərlik PKK üzvü könüllü şəkildə silahı yerə qoyaraq təslim olmağı planlaşdırır.

Digər mənbə isə qeyd edib ki, yaxın günlərdə təşkilatın liderlərindən biri olan Abdullah Öcalanın PKK üzvlərinə müraciət etməsi gözlənilir. Məhz bu müraciətdən sonra silahsızlanma prosesi rəsmi şəkildə başlaya bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*