Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terrorçularına məxsus sığınacaq aşkarlayıb.
KONKRET.az xəbər verir ki, bu, “Pəncə-Qala” əməliyyatı zamanı baş tutub.
Axtarış tədbirləri həyata keçirən Türkiyə hərbçiləri Almaniya və Fransanın birgə istehsalı olan “Milan” tipli tank əleyhinə raket aşkar ediblər.
Həmin silahlar terrorçuların arsenalından çıxarılıb.
Günel Mikayılova,
KONKRET.az