PLAN BƏLLİ OLDU: Xomenei gedəcək, İranda yeni rejim hakimiyyət gətiriləcək, ABŞ və İsrail isə… backend

PLAN BƏLLİ OLDU: Xomenei gedəcək, İranda yeni rejim hakimiyyət gətiriləcək, ABŞ və İsrail isə... 

İsrail və İran arasındakı müharibəyə ABŞ-ın qoşulacağı ilə bağlı ehtimallar getdikcə çoxalır. Trampın ABŞ aviasiyasına İrana zərbələr endirməyə icazə verməsi bu ehtimalları daha da çoxaldır. Bəs görəsən, ABŞ-ın müharibəyə birbaşa qoşulması mümkündürmü?

Mövzunu KONKRET.az-a politoloq Samir Hümbətov şərh edib:

Vətən Səsi | Onlayn qəzet

“İsrail-İran cəbhəsində vəziyyət gərginləşir. Ancaq Trampın ABŞ-ı müharibəyə qoşmaqla bağlı fikirləri siyasi blef xarakteri daşıya bilər. Yəni Tramp İrana təzyiq etmək niyyətindədir. Hava məkanı ABŞ-ın nəzarətindədirsə, ordu komandanları sıradan çıxarılıbsa və dini liderin yeri bəllidirsə, bu zaman məsələ məlumdur. ABŞ İrana nəyi etdirmək istəyirsə, o istiqamətdə addım atır. Düşünmürəm ki, məqsəd sırf İranı vurmaqdır. ABŞ üçün də müharibəyə qoşulmaq sərf etmir. Əgər Tramp istəyini rahatlıqla həyata keçirə bilirsə, o zaman niyə müharibəyə qoşulmaq istəsin ki? Əgər məqsədinə çata bilməsə, bu zaman ABŞ yeni qarşıdurmaya gedəcək. Ancaq İrandakı teokratik rejim ya qoyulan şərtləri yerinə yetirəcək, ya da onu tamamilə çökdürəcəklər. Beləcə İranda hakimiyyətə yeni rejim gətiriləcək və İsraillə ABŞ-ın istəklərini rahatlıqla qəbul etdirəcəklər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*