Plastik əməliyyatla özlərini eybəcər hala salan məşhurlar – TOP 10backend

Plastik əməliyyatla özlərini eybəcər hala salan məşhurlar – TOP 10

Madonna

Dünya şöhrətli müğənni Madonna artıq 40 ildir dövrümüzün ən parlaq ulduzu kimi sənətdə qalmağı bacarıb. Ancaq son illər o, karyerasındakı uğurlarla əlaqədar deyil, xarici görünüşünə görə daha çox müzakirə olunur. Müğənninin 10 il əvvəlki fotolarından da görünür ki, o, indikindən qat-qat təbii və cazibədar olub. Ard-arda etdirdiyi plastik əməliyyatlarla görkəminə xələl gətirən aktrisa buna görə pərəstişkarları tərəfindən çox tənqid edilir.

Deril Hanna

1980-ci illərdə Deril Hanna Hollivudun ən gözəl aktrisalarından biri idi və böyük kinokompaniyaların layihələrində rol alırdı. Bununla belə, 1990-cı illərdə onun karyerası geriləməyə başladı. Və elə o vaxtdan bəri aktrisa özünü ardıcıl plastik əməliyyatlarla gündəmdə saxlamağa çalışır.

Rene Zellveger

Amerikalı kino ulduzu Rene Zellvegerin populyarlığının zirvəsi 2000-ci illərin əvvəllərinə təsadüf edir. O, “Betti bacı”, “Bridget Consun gündəliyi”, “Çikaqo”, “Soyuq dağ” və digər filmlərdə rol alıb. O vaxt Renenin 30-dan çox yaşı vardı və həmin dönəmlərdə plastik cərrahların xidmətlərindən tez-tez yararlanmaqdaydı. Və aktrisa Hollivudun ən məşhur siması kimi populyarlığını qoruyub-saxlamağı bacarsa da, təəssüf ki, xarici görünüşü ilə bağlı daha çox müzakirə olunur.

Meq Rayan

1990-cı illərdə “Sizə məktub var”, “Mələklər şəhəri”, “Keyt və Lio” və s. filmlərdə rol alan Meq Rayan romantik səhnələrin parlaq ulduzu idi. Ancaq 2000-ci illərin sonunda o, praktiki olaraq aktyorluğu dayandırdı və uğursuz plastik əməliyyatlar səbəbindən görünüşü demək olar ki, tanınmaz hala gəldi.

Nikol Kidman

Nikol Kidman dövrümüzün ən yaddaqalan aktrisalarından biridir. Hazırda onun 55 yaşı var və plastik əməliyyatlar səbəbindən onun siması hər il getdikcə daha pis görkəm alır. Nikol filmlərdə və teleşoularda fəal olsa da, tamaşaçılar onun mimikalarındakı canlılıqdan və təbiilikdən əsər-əlamət qalmadığını müzakirə edirlər.

Lisa Rinna

Amerikalı aktrisa və modelyer Lisa Rinna da cazibədarlığını bıçaq altında məhv edən ünlülərdəndir. Bir sıra filmlərdə kiçik rollar alan aktrisa plastik cərrahların qurbanları sırasında yer almaqdadır.

Melani Qriffit

Məşhur kino ulduzu Tippi Hedrenin qızı Melani Qriffit böyük rolları və gözəl görünüşü sayəsində tez bir zamanda şöhrət qazanan amerikalı aktrisadır. Lakin 1980-ci illərin sonlarında onun populyarlığının zirvəsi (“İşgüzar qız”, “Vəhşi şey”) plastik əməliyyat aludəçiliyi ilə əvəz olundu. Belə ki, şəxsi həyatındakı sabitlik onu xarici görünüşü ilə uğraşmağa sövq etdi və bu da aktrisanın simasında mənfi izlər buraxdı.

Lara Flinn Boyl

1990-cı illərdə Lara Flinn Boyl Hollivudun ən parlaq ulduz idi. O, “Tvin Piks”, “Təcrübə”, “Xoşbəxtlik” və s. filmlərində rol alıb. Lakin 2000-ci illərdə tədricən itirdiyi populyarlığını plastik əməliyyatların köməyi ilə dəf etmək qərarına gəlib. Nəticə isə gözlənildiyindən qat-qat pis olub.

Tara Reyd

1990-cı illərin sonlarından etibarən istedadı və gözəlliyi ilə tamaşaçıları məftun edən Tara Reyd “Amerika tortu”, “Doktor T və onun qadınları”, “Gecələrin kralı”, “Müdirimin qızı” filmləri sayəsində qısa müddətdə milyonların sevimlisinə çevrildi. Lakin 2010-cu illərdə o, yalnız kəskin arıqlama prosedurlarının və plastik əməliyyatların qurbanı kimi gündəmdə qalıb.

Kortni Koks

Tanınmış amerikalı aktrisa və kinorejissor, “Dostlar” serialının ulduzu Kortni Koks mütəmadi olaraq plastik cərrahlara müraciət etdiyini gizlətmir. O, hələ də böyük seriallarda baş rollarda oynasa da, 1990-cı illərdəki plastikası və orijinallığını çoxdan itirib.

Sevinc Paşayeva,

KONKRET.az

  • Ülviyyə İsgəndərova
    İyun 20, 2023 - 10:10

    Bəzi adamlar iqtisadi azadlıqdan istifadə etməyi bacarmırlar. Nəticədə insan ömürlük peşman olur.

Ülviyyə İsgəndərova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*