UEFA-nın keçmiş prezidenti Mişel Platini Marsel şəhəri yaxınlığındakı evində qarət edilib.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, Platini evinin yaxınlığında bir cinayətkarı görüb. Daha sonra 70 yaşlı fransız bildirib ki, naməlum şəxs onun təxminən 20 medal və kubokunu oğurlayıb.
Marsel prokurorluğu ağırlaşdırıcı hallarla müşayiət olunan oğurluq faktı ilə bağlı istintaqa başlayıb.
Xatırladaq ki, 1984-cü ilin Avropa çempionu və 3 dəfə “Qızıl top”un sahibi olan Platini 2007-2015-ci illərdə UEFA prezidenti vəzifəsində çalışıb.