PMS imtahanı verəcək namizədlərin NƏZƏRİNƏbackend

PMS imtahanı verəcək namizədlərin NƏZƏRİNƏ

Sentyabrın 22-də keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının (PMS) I mərhələsində (mühasibat uçotu üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

DİM-dən KONKRET.az-a bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə DİM-in saytından tanış ola bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*