“Əfsanəvi generalımız Həzi Aslanovdan sonra döyüş meydanında həlak olan, şəhid olan generalımız Polad Həşimov oldu.
General Həşimovu tanıyanların dediyinə görə cəsur döyüşçü, bacarıqlı komandir olmaqla yanaşı, həm də əfsanəvi şəxsiyyət imiş”.
KONKRET.az xəbər verir ki, bu fikirləri özünün facebook səhifəsində Müsavat Partiyasının sədri Arif Hacılı paylaşıb. O bildirib ki, “Əminəm ki, şəhid generalımız Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan döyüşçülərimizin əsas simvollarından birinə çevriləcək”.