Rusiyanın Həştərxan vilayətində səkkiz yaşlı oğlan və 13 yaşlı qızın toy xəbəri ölkə gündəmini zəbt edib.
KONKRET.az xəbər verir ki, polis iddialarla bağlı hərəkətə keçib və araşdırmalar aparıb. Məlum olub ki, “toy” simvolik olaraq keçirilib və nikahın rəsmi qeydiyyatı olmayıb.
“Toy mərasimi simvolik idi və nikahın rəsmi qeydiyyatı deyildi. Yetkinlik yaşına çatmayan ailələr ilə bir-birindən ayrı yaşayırlar”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunur ki, yoxlama zamanı heç bir qanunsuz hərəkət aşkar edilməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları uşaqların rəsmi nümayəndələri ilə izahat söhbəti aparıblar. Daxili İşlər Nazirliyindən bildirilib ki, yetkinlik yaşına çatmayanlar müvafiq yaşa çatdıqdan sonra rəsmi nikaha daxil ola biləcəklər.//Lent.az