Polis əməkdaşı qəzada həlak oldubackend

Polis əməkdaşı qəzada həlak oldu

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, “KİA” və “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə “BMW” markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü Sadıqov İlqar hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*