Polis Sumqayıtda yaşayan bu qadını axtarır – FOTObackend

Polis Sumqayıtda yaşayan bu qadını axtarır - FOTO

Sumqayıtda 35 yaşlı qadın itkin düşüb və ailəsi tərəfindən axtarılır.

KONKRET.az xəbər verir ki, 9-cu mikrorayon ərazisində yaşayan Aytən Simka (keçmiş familiyası Bağırova) evdən çıxaraq geri qayıtmayıb.

Məlumata görə, o, oktyabrın 2-si saat 11:27 radələrində 9-cu mikrorayon, 75 saylı binanın 8-ci mənzilindən çıxıb. Sonuncu dəfə “Heydər Parkı”nın yaxınlığında görünüb.

Aytənin boyu 1.65 metrdir, evdən çıxarkən açıq krem rəngli (maloçnı) kapüşonlu qolsuz kurtka, tünd göy rəngli şalvar və tufli (tapışka) geyindiyi bildirilir.

Qohumlarının sözlərinə görə, Aytənin yaddaş pozğunluğu və psixoloji problemləri var, bəzən unudur və yolu azır.

Onu görənlərdən və ya yeri barədə məlumatı olanlardan polisə və ya ailəsinə məlumat vermələri xahiş olunur.

Əlaqə nömrəsi: +994 70 909 14 04

 

 

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*