Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən daha biri saxlanılıb.
KONKRET.az xəbər verir ki, 34 yaşlı Hafiz Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, əməli törədən şəxslərdən digəri Rasim Abbasov da bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılmışdı.
Xatırladaq ki, İ.Musayev oktyabrın 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd inzibati ərazisində tanışları Zaqatala rayon sakinləri Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleyman oğlu Abbasov tərəfindən aralarında baş verən münaqişə zəminində döyülərək öldürülüb.
Hadisəni törətməkdə şübhəli sayılan Hafiz Hacıyev və Rasim Abbasov bundan sonra qaçıb gizlənmişdilər.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi başladılıb, araşdırma aparılır.
