Fransanın ifrat sağçı partiyasının lideri Marin Le Pen baş nazir Mişel Barnyeyə ultimatum irəli sürüb.
KONKRET.az xəbər verir ki, ultimatuma görə, o, 2025-ci ilin büdcəsi ilə bağlı onun tələblərinə tabe olmasa, Le Penin partiyası Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini dəstəkləyəcək.
Baş nazirin problemi odur ki, hökuməti parlamentdə çoxluğa sahib deyil və büdcəni qəbul etmək üçün ifrat sağçıların dəstəyinə ehtiyacı var.
Günel Mikayılova,
KONKRET.az