“Politico”: “İsrail gizli şəkildə silah tədarükünü sürətləndirmək üçün ABŞ-a təzyiq göstərir”backend

"Politico": “İsrail gizli şəkildə silah tədarükünü sürətləndirmək üçün ABŞ-a təzyiq göstərir”

İsrail Bayden administrasiyasına və “Kapitoliya”dakı senatorlara üz tutaraq aqressivləşən İran və onun müttəfiqlərindən qorunmaq üçün silahlara yaşıl işıqlandırmaq məqsədilə təzyiqi artırır.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşr daha sonra bunları dərc edib:

Baş nazir Benyamin Netanyahu ilə Vaşinqtona səfər edən nümayəndə heyəti qanunvericilərə və ABŞ-ın yüksək rütbəli rəsmilərinə lazım olan silah sistemlərinin siyahısını təqdim edib.

İsrailin indi silah transferinə can atması onu göstərir ki, yəhudi dövləti noyabrda ABŞ-da keçiriləcək seçkilərə qədər öz ehtiyatını artırmaq niyyətindədir. Qəzet yazır ki, vitse-prezident Kamala Harris və keçmiş prezident Donald Trampın seçiləcəyi təqdirdə bu cür tələbləri necə qəbul edəcəyi bəlli deyil”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*