“Almaniya, Fransa və Polşa liderləri – Olaf Şolts, Emmanuel Makron və Anjey Duda gələn bazar ertəsi Parisdə NATO ölkələrinin Ukraynaya hansı təhlükəsizlik zəmanətlərini verə biləcəyini müzakirə edəcəklər”.
KONKRET.az xəbər verir ki, bu barədə Fransanın yüksək rütbəli diplomatlarına istinadən Politico nəşri yazır.
Görüş Alyansın iyulda Vilnüsdə keçiriləcək sammitinə bir ay qalmış baş tutacaq. Bununla da Ukrayna Qərb tərəfdaşlarından onun NATO-ya daxil olması üçün konkret fəaliyyət planı gözləyir. Bu yaxınlarda Bratislavada çıxış edən Emmanuel Makron Kiyevə təcili olaraq təhlükəsizlik zəmanətlərinin verilməsinin tərəfdarı olduğunu deyib. Baxmayaraq ki, Qərb liderləri arasında üstünlük təşkil edən fikir odur ki, Ukrayna Rusiya ilə müharibə vəziyyətində olduğu müddətdə, Kiyev NATO-nun tamhüquqlu üzvü ola bilməz.
Qeyd edək ki, Mərkəzi Avropa ölkələri, o cümlədən Polşa qətiyyətlə Ukraynanın NATO-ya üzv perspektivini dəstəkləyir. Almaniya isə bu məsələdə ehtiyatlı mövqe tutur.
Rəsmiyyə Şərifova,
KONKRET.az